Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 20:14
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib.
Bu barədə o, “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”, – deyə Tramp qeyd edib.
O, həmçinin İranın “tam məhv edildiyini” deyib. “Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir”, – deyə Tramp qeyd edib.
ABŞ İran Tramp Hörmüz boğazı