AMB rəhbəri İran müharibəsinin nəticələri ilə bağlı ABŞ maliyyə naziri ilə mübahisə edib

Tarix: 31 Mar 2026 21:40

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard G7 ölkələrinin maliyyə rəhbərlərinin onlayn görüşündə ABŞ maliyyə naziri Skott Bessentlə fikir ayrılığı yaşayıb.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Bessent İranla müharibənin iqtisadi təsirlərini kiçildərək Hörmüz boğazının bağlanmasını müvəqqəti hal kimi qiymətləndirib. Laqard isə buna etiraz edərək bildirib ki, nəticələr uzunmüddətli olacaq, çünki artıq ciddi dağıntılar baş verib.

Agentlik qeyd edir ki, bu fikir ayrılığı ABŞ və Avropa arasında artan gərginliyi əks etdirir. Bildirilir ki, enerji qiymətlərinin artması və daşımaların pozulması Avropaya daha ciddi təsir göstərir.

Avropa Mərkəzi Bankının baza ssenarisinə görə, enerji təchizatındakı problemlər 2026-cı ilin sonuna qədər davam edərsə, inflyasiya 6,3% səviyyəsində pik həddə çata bilər.

Laqard Bessent G7 İran enerji inflyasiya

Xəbər Lenti