Çərşənbə, 1 Aprel, 2026
Tarix: 31 Mar 2026 23:11
ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlanmasından sonra Avropa İttifaqında enerji qiymətləri kəskin yüksəlib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yørgensen mətbuat konfransında bildirib.
“Mart ayından bəri Avropada qazın qiyməti 70%, neftin qiyməti isə 60% artıb. Enerji resurslarının alınması üzrə əlavə xərclər 14 milyard avro təşkil edib”, – deyə o qeyd edib.
Komissar vurğulayıb ki, bu böhran qısamüddətli deyil. “Qiymətlər yaxın gələcəkdə əvvəlki səviyyəyə qayıtmayacaq, hətta sabah İranla sülh əldə olunsa belə, çünki regionun infrastrukturu artıq zərər görüb”, – deyə Yørgensen əlavə edib.
Onun sözlərinə görə, bu vəziyyət Aİ-ni yaşıl enerjiyə keçidi sürətləndirməyə məcbur edir.
Aİ qaz neft enerji qiymətlər İran