Çərşənbə, 1 Aprel, 2026
Tarix: 31 Mar 2026 23:54
İsrailin Baş naziri Benyamin Netanyahu İranın hərbi proqramlarına təxminən bir trilyon dollar xərclədiyini iddia edib.
Bu barədə o, İsrail televiziyasında yayımlanan xalqa müraciətində bildirib.
“İran İsrailə qarşı terrora trilyon dollar xərclədi və bunun hamısı boşa çıxdı”, – deyə Netanyahu qeyd edib.
O vurğulayıb ki, hərbi kampaniya hələ başa çatmayıb və hazırda “ayətullah rejimi tarixdə ən zəif, İsrail isə ən güclü vəziyyətdədir”.
Netanyahu bildirib ki, İsrail İranın yaratdığı hərbi infrastruktur və təsir dairəsinə ciddi zərbələr endirib. “Biz İranın ətrafımızda qurduğu qüvvələr halqasını dağıtdıq və Qəzza, Suriya və Livanda təhlükəsizlik zonalarını möhkəmləndirdik”, – deyə o əlavə edib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail artıq ABŞ ilə birlikdə hərəkət edir və yeni ittifaqlar formalaşır.
“Biz sübut etdik ki, hava hücumundan müdafiə sistemimiz dünyada ən yaxşısıdır. İsrail cəmiyyəti və iqtisadiyyatı isə yüksək dayanıqlıq nümayiş etdirdi”, – deyə Netanyahu bildirib.
İsrail Netanyahu İran təhlükəsizlik hərbi əməliyyat Yaxın Şərq