Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 01:18
Rusiya Ukrayna ilə bağlı danışıqların hazırda dayandırıldığını bildirib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Son aylarda Rusiya–ABŞ–Ukrayna formatında bir neçə raund danışıqlar keçirilib. Hazırda isə ABŞ və İsrailin İrana qarşı hərəkətləri fonunda bu proses pauza vəziyyətindədir”, – deyə o qeyd edib.
Qaluzin bildirib ki, Rusiya müzakirələri davam etdirməyə hazırdır, lakin əsas məsələ danışıqların tezliyi deyil, gündəliyin məzmunlu olmasıdır.
Rusiya Ukrayna danışıqlar Qaluzin