"Lufthansa" yanacaq qiymətlərinin artması səbəbindən bəziuçuşları dayandıra bilər

Tarix: 01 Apr 2026 03:33

Almaniyanın ən böyük aviadaşıyıcısı Lufthansa yanacaq qiymətlərinin artması fonunda uçuşları məhdudlaşdıra bilər.

Bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.

Məlumata görə, şirkət rəhbəri Karsten Şpor tələbatın azalması ehtimalını nəzərə alaraq donanmanın bir hissəsinin istismardan çıxarılması ssenarilərinin hazırlanmasını tapşırıb.

Qeyd olunur ki, 20-40 təyyarənin uzunmüddətli dayandırılması variantı nəzərdən keçirilir ki, bu da ümumi sərnişin tutumunun təxminən 2,5-5%-nə uyğundur.

Lufthansa Almaniya aviasiya yanacaq qiymət uçuşlar

Xəbər Lenti