Rubio: NATO-nun ABŞ üçün dəyərinə yenidən nəzər salmalı olacağıq

Tarix: 01 Apr 2026 11:00

NATO-nun ABŞ üçün dəyərinə yenidən baxmalı olacaq.

Bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

“Ehtiyacımız olan zaman bazalardan istifadə edə bilməyəcəyiksə, niyə NATO-da olmalıyıq? Alyansın ölkəmiz üçün dəyərinə yenidən baxmağa məcbur olacağıq. Lazım olanda NATO bazalarından faydalana bilmirsə, bu “təkgedişli küçə” deməkdir”,- Rubio bildirib.

Rubio İranın raketlərinin uçuş mənzili barədə danışarkən İran xarici işlər naziri Abbas Əraqçini “yalançı” adlandırıb.

“Əraqçi yalançıdır. Bu adam televiziyada İran raketlərinin mənzilinin müəyyən həddən artıq olduğunu təkzib edirdi. Sonra isə onlar iki raket atdılar”,- Rubio İranın təxminən 4000 kilometr uzaqlıqda yerləşən “Dieqo Qarsia” hərbi bazasına doğru iki ədəd ballistik raket atmasına diqqət çəkib.

ABŞ dövlət katibi İranın növbəti Şimali Koreya olmağı hədəflədiyini iddia edib.

Toğrul Quluzadə ABŞ Rubio NATO İran

Xəbər Lenti