Tramp Britaniya Baş nazirini sərt tənqid edib

Tarix: 01 Apr 2026 13:26

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə bir daha Böyük Britaniyanı tənqid edib.

O, bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

ABŞ lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerdən şikayətlənib.

“Sizin (Britaniyanın) heç donanmanız belə yoxdur. Sizinki çox köhnədir və təyyarədaşıyan gəmiləriniz isə işləmədi. Starmerə nə edəcəyini deməyəcəm. Nə istəyirsə edə bilər. Mənim üçün fərqi yoxdur. Onun istədiyi ancaq bahalı külək dəyirmanlarıdır. Hansılar ki, sizin enerji qiymətlərinizi tavana yüksəldir”, - Tramp bildirib.

Toğrul Quluzadə ABŞ Böyük Britaniya Tramp Starmer

Xəbər Lenti