İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb

Tarix: 01 Apr 2026 13:25

Keçən gecə baş vermiş hava hücumu nəticəsində İsfahan “Mubarək” Polad Kompleksinin bir neçə nöqtəsi hədəfə alınıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə kompleksin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, ilkin qiymətləndirmələrə görə, istehsalla bağlı bölmələr ciddi şəkildə dağıdılıb.

“Hücumun baş verdiyi vaxt və yaranmış şəraitlə əlaqədar ziyanın dəqiq miqyası hələlik məlum deyil, lakin indiyədək aparılmış qiymətləndirmələr hücumların böyük həcmini, vurulmuş ziyanı və istehsal prosesi ilə bağlı bölmələrin ciddi dağıdıldığını göstərir. Əvvəlcədən görülmüş tədbirlər sayəsində kompleksdə olan işçilərin sayı minimuma endirilib, hücumdan sonra bu kompleksin yalnız məhdud sayda işçisi tibb mərkəzlərinə yönləndirilib və yüngül müalicədən sonra onlar xəstəxanadan buraxılıblar”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sözügedən müəssisə İranın və Yaxın Şərqin ən böyük polad istehsalı kompleksidir.

Haşim Rahimi

İran ABŞ İsrail raket

Xəbər Lenti