Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 12:48
Rusiya İranla kəşfiyyat məlumatları paylaşmır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O, ölkəsinin Ukraynanı Rusiyaya qarşı hücumlar üçün kəşfiyyat məlumatları ilə təmin edən ABŞ və Böyük Britaniyadan fərqli olaraq, İranla kəşfiyyat məlumatları paylaşmadığını söyləyib.
Qeyd edək ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov da Moskvanın Tehranla körfəz ölkələrindəki ABŞ obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını bölüşməsi xəbərlərini təkzib edib.
Fərid Əkbərov Rəsmi Moskva Rusiya İran kəşfiyyat məlumatları Lavrov