Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 14:06
Bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq.
"Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü qeyd edib.
Fərid Əkbərov Rusiya Ermənistan Kreml Paşinyan Putin Putin-Paşinyan danışıqları