Starmer: Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq sammitə ev sahibliyi edəcək

Tarix: 01 Apr 2026 16:00

Böyük Britaniya bu həftə 35 ölkənin iştirakı ilə strateji Hörmuz boğazının yenidən açılması yollarını müzakirə etmək üçün toplantı keçirəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.

"Bu görüşdə biz naviqasiyanın azadlığını və həyati əhəmiyyətli məhsulların daşınmasını bərpa etmək, gərgin vəziyyətdə qalmış gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün diplomatik və siyasi tədbirləri qiymətləndirəcəyik", - o vurğulayıb.

Baş nazir qeyd edib ki, görüşdən sonra hərbiçilər də bir araya gələrək müharibədən sonra boğazın necə təhlükəsiz və əlçatan edilə biləcəyini nəzərdən keçirəcəklər.

İlqar Xudiyev Böyük Britaniya Starmer Hörmüz boğazı ilə bağlı sammit

Xəbər Lenti