Tramp: İranda yeni rejimin lideri atəşkəs üçün ABŞ-a müraciət edib

Tarix: 01 Apr 2026 16:50

İranda yeni rejimin lideri atəşkəs üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, sələflərindən daha az radikal və daha ağıllı olan İrandakı yeni rejiminin lideri ABŞ-dan atəşkəs xahişi edib.

Tramp qeyd edib ki, ABŞ bunu Hörmüz boğazı açılandan sonra nəzərdən keçirəcək.

“O vaxta qədər İranı daş dövrünə qaytarana kimi bombalamağa davam edəcəyik”, - ABŞ Prezidenti əlavə edib.

ABŞ Prezidenti Donald Tramp İran atəşkəs Hörmüz boğazı

Xəbər Lenti