Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 19:22
Rusiyanın Volqoqrad şəhərində güclü yağış və dolu nəticəsində küçələr su altında qalıb.
APA xarici mediaya istinadən xəbər verir ki, yağan leysan nəticəsində şəhərin küçələrində hərəkət iflic olub, avtomobillər suyun altında qalıb.
Şəhərdə tıxacların səviyyəsinin yüksək həddə çatdığı bildirilir. Bəzi yaşayış binalarının həyətlərində piyadaların hərəkəti mümkünsüz olub.
Hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, əlverişsiz hava şəraiti Volqoqrad vilayətində iş həftəsinin sonuna qədər davam edəcək. Aprelin 2-si gecə yarısına qədər leysan və dolu, aprelin 3-ü axşama qədər isə saniyədə 20 metrə çatan güclü külək gözlənilir.
Volqoqrad leysan yağış