Putin Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı rolundan danışıb

Tarix: 01 Apr 2026 18:52

ABŞ Prezidenti Donald Tramp İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirak edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlər sabitləşib.

Rusiya prezidenti onu da əlavə edib ki, Rusiya İrəvanın KTMT-yə qarşı şikayətlərindən xəbərdardır, lakin Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır.

Fərid Əkbərov Tramp Putin KTMT Qarabağ

Xəbər Lenti