Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 01 Apr 2026 22:38
Hindistan hakimiyyəti Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək və enerji təchizatı mənbələrini genişləndirmək üçün fəal danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modinin ofisi məlumat yayıb.
"Qlobal miqyasda enerji, gübrə və digər təchizat zəncirlərinin günişləndirilməsi üçün səylər göstərilir. Bundan əlavə, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün beynəlxalq təşəbbüslər həyata keçirilir və aktiv diplomatik danışıqlar aparılır", - məlumatda deyilir.
Hindistan Hörmüz Narenda Modi