Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 01 Apr 2026 22:21
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləri ilə onlayn danışıqlar aparıb.
Bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Məlumata görə, danışıqlarda NATO-nun baş katibi Mark Rutte, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ senatoru Lindsi Qrem iştirak ediblər.
Danışıqların məzmunu barədə məlumat verilməyib.
ABŞ Zelenski Ukrayna danışıqlar