Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 02 Mar 2024 22:57
İstanbulda yeraltı qaz xəttində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə Sultanqazi vilayətində qeydə alınıb.
Partlayışdan sonra güclü yanğın başlayıb. Xəsarət alanın olmadığı, bəzi binalara isə ziyan dəydiyi bildirilib.
Yanğın söndürülüb.