Türkiyə Hollandiyadan 225 terrorçunun ekstradisiyasını istəyib

Tarix: 02 Apr 2026 00:32

Türkiyənin ədliyyə naziri Akın Gürlek Hollandiyadan 217 FETÖ və 8 PKK terror təşkilatı üzvünün ekstradisiyasını istəyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə nazir, Hollandiyanın xarici işlər naziri David Van Vil ilə görüşdə cinayətkarların ekstradisiyası üçün əməkdaşlıq çağırışı edib.

O qeyd edib ki, hazırda 217 FETÖ və 8 PKK üzvünün bu ölkədən ekstradisiyası tələb olunub, lakin bu müraciətlər hələ də müsbət nəticə verməyib.

Akın Gürlek həmçinin, DHKP-C liderlərindən Musa Aşoğlunun da Türkiyəyə təhvil verilməsini istəyib.

Dəryanur Cəfərova Türkiyə Akın Gürlek Hollandiya

Xəbər Lenti