Cümə axşamı, 14 May, 2026
Tarix: 28 Nov 2023 04:46
Rusiya vətəndaşı olan Arif İbrahimov adlı şəxs vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün problemlərlə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ATV Xəbər”də süjet yayımlanıb.
Məlum olub ki, o, 1986-cı ildən Rusiyada yaşayıb. Lakin 2009-cu ildə Azərbaycana səfər etməli olub. A. İbrahimov bu zaman qısamüddətli məhbus həyatı yaşayıb.
Məhkumluq həyatı bitsə də, o, indi Rusiyaya, ailəsinin yanına qayıda bilmir. Buna səbəb isə vətəndaşlığını təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsidir.
Ətraflı videosüjetdə: