KİV: Pentaqon İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək planını Trampa təqdim edib

Tarix: 02 Apr 2026 03:27

ABŞ ordusu Prezident Donald Trampın xahişi ilə hazırlanmış İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək planını ona təqdim edib.

Bu barədə mənbələrə istinadən “The Washington Post” (WP) qəzeti məlumat verib.

Məlumata görə İranda təxminən 454 kq zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə bağlı plan Trampa təqdim edilib.

Bu plana qazıntı avadanlıqlarının hava ilə daşınması və radioaktiv materialın çıxarılması üçün nəqliyyat təyyarələri üçün uçuş-enmə zolağının tikintisi də daxildir.

Məqalədə ABŞ prezidentinin bu plan barədə son iki həftə ərzində məlumatlandırıldığı, planın ciddi əməliyyat riskləri daşıdığı bildirilir.

ABŞ Donald Tramp zənginləşdirilmiş uran

Xəbər Lenti