Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 03 Mar 2024 09:10
İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Qalkilya, Əl-Arrub və Tulkarm qaçqın düşərgələrində gecə boyu genişmiqyaslı reydlər həyata keçirib.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Kanal qeyd edir ki, hərbçilər işğal olunmuş İordan çayının qərb sahilində bir neçə yaşayış məntəqəsinə gecə ərzində reydlər keçirib, əhəmiyyətli qüvvələr Tulkarm şəhərinə girmək üçün göndərilib.