İsrail Beyrutda “Hizbullah”a aid valyuta mübadilə məntəqələrini hədəf alacaq

Tarix: 02 Apr 2026 04:37

İsrail ordusu Beyrut sakinlərini “Hizbullah”la əlaqəli firmalara məxsus valyuta mübadilə məntəqələrinə qarşı hücumlar barədə xəbərdar edib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri öz “X” hesabında məlumat verib.

"Hizbullah”ı maliyyələşdirən “Əl-Qard əl-Həsən” kredit assosiasiyasına qarşı qəti tədbirlər görən İsrail Müdafiə Qüvvələri yaxın saatlarda valyuta mübadilə məntəqələri şəbəkəsini hədəf almağa başlayacaq", - məlumatda deyilir.

İsrail beyrut Hizbullah

Xəbər Lenti