Kavelaşvili: Cənubi Qafqaza maraq artır

Tarix: 02 Apr 2026 13:35

Getdikcə daha çox ölkə Cənubi Qafqaz bölgəsinə diqqət yetirməyə maraq göstərir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili slovakiyalı həmkarı Peter Pelleqrini ilə mətbuata birgə açıqlamasında deyib.

O, Gürcüstanın Cənubi Qafqazdakı rolunun mühüm olduğunu qeyd edərək ölkənin apardığı sülh siyasətinin bölgənin imkanlarını daha da artırdığını bildirib.

Prezident vurğulayıb ki, mürəkkəb və sürətlə dəyişən geosiyasi mühitdə Gürcüstanın Orta Dəhlizin əsas halqası kimi artan potensialı daha da böyük əhəmiyyət kəsb edir.

"Orta Dəhliz mövzusu Gürcüstan olmadan ağlasığmazdır. Bu, həm Gürcüstan, həm də qonşu ölkələrimiz üçün böyük potensialdır", - Kavelaşvili əlavə edib.

Cəmilə Babayeva Cənubi Qafqaz Mixeil Kavelaşvili

Xəbər Lenti