Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 13:14
İran Filippin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.
APA xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri Teresa Lazaro və iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığında məsələ ilə bağlı razılıq əldə olunub.
Əraqçi Filippin XİN rəhbərinə bu ölkənin bayrağı altında üzən gəmilərin Hörmüz boğazının təhlükəsiz keçidi ilə bağlı zəmanət verib.
Qeyd edək ki, Filippin enerji təminatının əksər hissəsini Yaxın Şərqdən idxal edir.
Toğrul Quluzadə Filippin İran Hörmüz boğazı