Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 14:20
Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlara fasilə verilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqları dayandırılıb.
Kreml rəsmisi bununla belə, Rusiyanın Ukrayna ilə bağlı ABŞ ilə əlaqə saxladığını söyləyib.
Fərid Əkbərov Rusiya Ukrayna ABŞ danışıqlar