İranda yanvar iğtişaşlarına görə daha bir məhkum edam edilib

Tarix: 02 Apr 2026 14:12

İranda terrorçuluqda ittiham edilən daha bir məhkum edam edilib.

“ISNA”nın xəbərinə görə, bu barədə İranın ədliyyə orqanı məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar ayında baş verən iğtişaşlar zamanı Əmirhüseyn Hatəmi digər şəxslərlə birlikdə hərbi obyektlərdən birinə daxil olaraq oranı dağıtmağa və həmin obyektdə olan silahları ələ keçirməyə cəhd göstərib və həbs edilib.

O, barəsində çıxarılan ölüm hökmündən sonra bu gün səhər tezdən edam edilib.

Toğrul Quluzadə İran edam

Xəbər Lenti