SEPAH-ın briqada generalı Məhəmməd Əli Fətəlizadə öldürülüb

Tarix: 02 Apr 2026 16:08

SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.

Bu barədə məlumatı “Defa Press” yayıb.

Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb.

Qeyd edək ki, “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçib və əvvəllər Suriyada müharibədə iştirak ediblər.

İlqar Xudiyev SEPAH komandanın öldürülməsi ABŞ İsrail İran

Xəbər Lenti