Kallas: Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir

Tarix: 02 Apr 2026 17:00

Hörmüz boğazında təhlükəsizlik Avropa İttifaqı üçün prioritetdir.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X”-də Çin XİN rəhbəri Van İ ilə danışıqlarının yekununa dair yazıb.

“İranın mülki gəmilərə hücumları və daha çox hücum təhlükəsi Hörmüz boğazındakı hərəkətin demək olar dayanmasına səbəb olub. Buna görə də Dəniz Hüququna uyğun boğazda təhlükəsiz, rüsumsuz gəmiçiliyin bərpası təxirəsalınmaz prioritetdir”, - Kallas bildirib.

İlqar Xudiyev Kallas Aİ Çin Hörmüz boğazı Van İ

Xəbər Lenti