Türkiyədə meşə yanıb

Tarix: 03 Mar 2024 18:45

Türkiyənin Rizə bölgəsinin Səslidərə kəndində gecə saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, yanğın qısa müddətdə 5 nöqtəyə yayılıb.

Xəbər üzərinə bölgəyə xilasetmə və Meşə Əməliyyat Müdirliyi qrupları sövq edilib.

Qruplarının təxminən 5 saatlıq işindən sonra nəzarət altına alınan yanğın 20 hektar meşə sahəsinə ziyan vurub.

Yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Xəbər Lenti