Cümə, 3 Aprel, 2026
Tarix: 02 Apr 2026 22:37
Argentina hökuməti İranın Buenos-Ayresdəki müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib.
APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın müvəqqəti nümayəndəsi Möhsən Soltani Tehrani Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq “persona non grata” elan olunub və ona ölkəni 48 saat ərzində tərk etmək tapşırılıb.
Bu qərar İran XİN-in Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına qarşı çıxış etməsinə cavab olaraq qəbul edilib.
Argentina İran