Ermənistanda poliqonda partlayış olub, ölən var

Tarix: 02 Apr 2026 22:30

Ermənistanın Armavir vilayətində yerləşən “Bağramyan” poliqonunda partlayış baş verib.

Bu barədə "shamshyan.com" saytı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, daha bir nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Ermənistan partlayış poliqon hərbçi

Xəbər Lenti