BƏƏ "Rafale F5" proqramına görə Fransaya 3,5 milyard avro ödəməkdən imtina edib

Tarix: 02 Apr 2026 23:38

Birləşmiş Ərəb Əmirlikləri Fransanın Rafale F5 proqramında iştirakdan imtina edib.

Bu barədə "La Tribune" qəzeti məlumat yayıb.

Məlumata görə, BƏƏ modernləşdirilmiş qırıcı proqramına 3,5 milyard avro ayırmağa hazır olsa da, əməkdaşlıq şərtlərindən narazı qalıb.

Əmirliklər daha dərin texnoloji əməkdaşlıq gözləsə də, Fransa xüsusilə optik-elektron sistemlər sahəsində texnologiya paylaşımına hazır olmayıb.

Bu səbəbdən BƏƏ tərəfi Fransanın mövqeyini “təkəbbürlü” kimi qiymətləndirərək proqramdan imtina edib.

BƏƏ Fransa Rafale hərbi texnologiya əməkdaşlıq

Xəbər Lenti