Cümə, 3 Aprel, 2026
Tarix: 02 Apr 2026 23:27
İranın xarici işlər naziri Abbas Əraqçi İsrail və ABŞ-ın Kərəclə Tehranı birləşdirən körpüyə zərbə endirmələrinə münasibət bildirib. APA xəbər verir ki, Əraqçi bu barədə "X" hesabında yazıb. "Mülki obyektlərə, o cümlədən tamamlanmamış körpülərə zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, bu cür hücumlar yalnız qarşı tərəfin məğlubiyyətini və mənəvi zəifliyini göstərir. “Hər bir körpü və bina daha güclü şəkildə yenidən qurulacaq. Bərpa olunmayacaq yeganə şey isə Amerikanın nüfuzuna dəyən zərərdir”, – deyə o vurğulayıb.
İran Əraqçi ABŞ