Niderland Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Tarix: 02 Apr 2026 22:58

Niderland Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmininə dəstək verməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tom Berendsen bildirib.

“Təhlükəsiz gəmiçilik o qədər vacibdir ki, Niderlandlar kənarda qalıb başqalarının bu problemi həll etməsini gözləməyəcək. Biz öz rolumuzu oynamağa hazırıq, lakin dəqiq müəyyən edilmiş çərçivələrdə”, – deyə nazir qeyd edib.

O bildirib ki, bu mövzu Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş, 40-a yaxın ölkənin iştirak etdiyi videokonfransda müzakirə olunub.

Berendsen mümkün addımlar sırasında, xüsusilə, minalardan təmizləmə işlərini qeyd edib, lakin bu tədbirlərin hələ praktik mərhələyə keçmədiyini vurğulayıb.

Niderland Hörmüz boğazı gəmiçilik təhlükəsizlik Yaxın Şərq

Xəbər Lenti