SEPAH Fars körfəzində müasir qırıcı vurduğunu bildirib

Tarix: 03 Apr 2026 00:21

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində müasir qırıcı vurduğunu açıqlayıb.

Bu barədə İranın dövlət teleradio şirkəti SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qurum “müasir düşmən qırıcısının” Qeşm adasının cənubunda ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğunu iddia edib.

Təyyarə Qeşm və Hengam adaları arasında dənizə düşərək batıb.

SEPAH həmçinin ABŞ prezidentinin İranın HHM sistemlərinin tam məhv edildiyi barədə bəyanatını təkzib edib.

İran SEPAH Fars körfəzi qırıcı HHM

Xəbər Lenti