Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 02:27
ABŞ müdafiə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcdan “dərhal vəzifəsindən istefa verməsini” tələb edib.
Bu barədə CBS məlumat yayıb.
Mənbələrə görə, Heqset bu vəzifədə ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi tərəfindən düzgün hesab edilən Quru Qoşunlarının inkişafı vizyonunu həyata keçirəcək birini görmək istəyir. Nəşrdə qeyd olunur ki, ABŞ Ordusunun Baş Qərargah rəisi vəzifəsinə namizədlərdən biri, çox güman ki, general Kristofer Laniv olacaq. O, əvvəllər Heqsetin köməkçisi olub.
Pit Heqset