Kuba 2 mindən çox məhbusu əfv edəcək

Tarix: 03 Apr 2026 06:32

Kuba hökuməti genişmiqyaslı əfv qərarı qəbul edib.

APA xəbər verir ki, bu barədə ölkənin Kommunist Partiyası məlumat yayıb.

Məlumata görə, 2 010 məhbus humanitar əsaslarla əfv ediləcək. Azadlığa buraxılanlar arasında qadınlar, 60 yaşdan yuxarı şəxslər, gənclər və xarici vətəndaşlar yer alacaq.

Qeyd olunub ki, qərar məhkumların törətdiyi cinayətlərin xarakteri, cəza müddətinin böyük hissəsini çəkmələri, davranışları və sağlamlıq vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər əfv siyahısına daxil edilməyəcək.

Kuba əfv məhbuslar qərar

Xəbər Lenti