Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 05:26
Ukrayna prezidenti Volodimir Zelenski Hörmüz boğazında naviqasiyanın təmin olunması ilə bağlı təşəbbüs irəli sürüb.
APA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, Zelenski Yaxın Şərqdəki vəziyyət fonunda boğazın açıq saxlanması yollarını araşdıran ölkələrlə Ukraynanın Qara dənizdə naviqasiya azadlığının təmin olunması sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, xarici işlər naziri Andrey Sibiqa 40 ölkənin iştirak etdiyi, Hörmüz boğazının yenidən açılmasına həsr olunmuş virtual görüşdə iştirak edib.
“Əgər tərəfdaşlarımız hərəkətə keçməyə hazırdırsa, biz onları necə gücləndirə biləcəyimizi, təcrübəmizi və texnoloji potensialımızı necə tətbiq edə biləcəyimizi nəzərdən keçirəcəyik”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Zelenski Hörmüz boğazı Qara dəniz naviqasiya