SEPAH "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbələr endirdiyini açıqlayıb

Tarix: 03 Apr 2026 03:27

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus aviadaşıyıcıya hücum etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, “Əsl vəd 4” adlı əməliyyatın 91-ci zərbə dalğası çərçivəsində İran qüvvələri Hind okeanının şimalında yerləşən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə dörd “Qadr-380” qanadlı raketi atdığını iddia edib.

Eyni zamanda BƏƏ-də ABŞ qırıcı təyyarələrinin yerləşmə məntəqələrinə və Küveytdəki “Əli əl-Salim” hava bazasında “MQ-1 Predator” pilotsuz uçuş aparatlarının mövqelərinə də zərbələr endirilib.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

İran SEPAH ABŞ USS Abraham Lincoln raket zərbə

Xəbər Lenti