Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 07:16
ABŞ administrasiyasında yeni kadr dəyişiklikləri gözlənilir.
Bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel, quru qoşunları naziri Deniel Driskoll və əmək naziri Lori Çaves-Derimerin vəzifədən uzaqlaşdırılması ehtimalı müzakirə olunur.
Bildirilib ki, prezident Donald Tramp bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib.
Nəşr qeyd edir ki, əvvəllər aralıq seçkilərə qədər belə dəyişikliklər planlaşdırılmırdı, lakin İrana qarşı müharibədən sonra prezidentə dəstəyin azalması siyasi hesablamaları dəyişib.
ABŞ Tramp FTB kadr dəyişikliyi siyasət