Pentaqon Baş Qərargah rəisinin istefasını təsdiqləyib

Tarix: 03 Apr 2026 08:13

ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefası təsdiqlənib.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell sosial şəbəkədə açıqlama verib.

Məlumata görə, general Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən ayrılaraq dərhal təqaüdə çıxır.

Hərbi qurum onun ölkəyə xidmətini yüksək qiymətləndirib, təşəkkür edib və təqaüd həyatında uğurlar arzulayıb.

ABŞ Pentaqon Rendi Corc istefa ordu

Xəbər Lenti