Ötən il Azərbaycanın regionlarında məhsul buraxılışı 40 mlrd. manatı ötüb

Tarix: 04.03.2024 11:21

Ötən il regionlar üzrə ümumi məhsul buraxılışı 5,6% artıb.

“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“2023-cü il ərzində 2022-ci illə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 5,6% artaraq 40,2 mlrd. manat olub”, -deyə Mikayıl Cabbarov paylaşımda bildirib.

Xəbər Lenti