Reuters: Trampın iştirakı ilə Qrenlandiyaya dair saziş sentyabrın 22-də imzalanacaq

Reuters: Trampın iştirakı ilə Qrenlandiyaya dair saziş sentyabrın 22-də imzalanacaq

Tarix: 21 Sep 2026 23:17

ABŞ, Danimarka və Qrenlandiya arasında Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanacaq.

Reuters-in məlumatına görə, imzalanma mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək. Mərasimdə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen iştirak edəcəklər.

Razılaşma ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarını genişləndirməyi və Arktikanın təhlükəsizliyində NATO-nun rolunu gücləndirməyi nəzərdə tutur. Danimarka və Qrenlandiya rəsmiləri sazişin Qrenlandiyanın suverenliyinə toxunmadığını bildirirlər.

Donald Tramp isə daha əvvəl razılaşmanın ABŞ-yə Qrenlandiyada daimi hərbi çıxış, baza və uçuş imkanları verəcəyini açıqlayıb.

ABŞ Qrenlandiya Donald Tramp Danimarka

Mənbə: apa.az

Xəbər Lenti