Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 04 Mar 2024 11:20
NATO-nun yeni genişmiqyaslı təlimləri başlayıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Finlandiya, Norveç və İsveçin sərhədyanı ərazilərinin müdafiəsini gücləndirmək üçün Alyansın təlimləri həmin ölkələr də keçirilir.
Ümumilikdə, 13 ölkədən 20 min nəfərdən çox hərbçi Finlandiya, Norveç və İsveçin şimal bölgələrində təxminən iki həftə davam edəcək “Nordic Response” təlimlərində iştirak edəcək.