Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 09:37
Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının 7 vaqonu Ulyanovsk vilayətində relsdən çıxıb.
APA xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, ölən yoxdur.
Prokurorluq faktla bağlı araşdırmaya başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.
Qəzanın nəticələrinin aradan qaldırılması və sərnişinlərin daşınması üçün xüsusi qatarlar istiqamətləndirilib.
Rusiya qatar hadisə