ABŞ-ın müharibə naziri iki yüksək vəzifəli generalı işdən çıxarıb

Tarix: 03 Apr 2026 11:26

ABŞ-ın müharibə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah Rəisindən əlavə daha iki generalı da vəzifəsindən azad edib.

Bu barədə CNN anonim ABŞ rəsmisinə istinadən xəbər verir.

Məlumata görə, onlar ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin və ordunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne olub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefa verdiyi bildirilib.

CNN Corcun istefa qərarının Heqsetin göstərişi ilə verildiyini bildirib.

Toğrul Quluzadə ABŞ Baş Qərargah rəisi general Pit Heqset

Xəbər Lenti