Zelenski: Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil

Tarix: 03 Apr 2026 13:13

Ukrayna Moskvanın qeyri-müəyyən cavabına baxmayaraq, “Pasxa atəşkəsi” təklifini geri götürmür.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Pasxa ilə bağlı atəşkəs təklifimiz qüvvədə qalır”, – Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, Moskvanın Pasxa münasibətilə atəşkəs təklifinə reaksiyası qeyri-müəyyən olaraq qalır: “Biz hamımız onların mediada verdiyi cavabı gördük: sanki buna hazır deyillər. Bunun nə dərəcədə ciddi cavab olduğunu bilmirəm”.

Ukrayna lideri əlavə edib ki, Kiyev artıq öz mövqeyini Amerika tərəfinə çatdırıb.

İlqar Xudiyev Zelenski Ukrayna Pasxa atəşkəsi Rusiya ABŞ

Xəbər Lenti