Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 13:12
Fransaya məxsus konteyner gəmisi Hörmüz boğazını keçib.
Bu barədə “Bloomberg” xəbər verir.
Məlumata görə, sahibi Fransa vətədaşı olan “CMA CGM Kribi” konteyner gəmisi dünən Dubay sahillərindən İrana doğru hərəkət edib.
İran sahillərində Qeşm və Larək adaları arasından keçib.
Bu gün isə sözügedən gəmi Oman sahillərində olduğunu bildirib.
Məsələ ilə bağlı məlumatlı mənbələr gəminin Hörmüz boğazını keçdiyini vurğulayıb.
Qeyd edək ki, İran Hörmüz boğazının dünyaya açıq olduğunu və yalnız ölkəyə hücumlarda iştirak edən tərəflərin üzünə bağlandığını bəyan edir.
Toğrul Quluzadə Fransa İran Hörmüz gəmi