Böyük Britaniya Küveytə HHM sistemi göndərəcək

Tarix: 03 Apr 2026 14:30

Böyük Britaniya Küveytə “Rapid Sentry” Hava Hücumundan Müdafiə sistemi göndərəcək.

APA xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Britaniya Baş naziri Keir Starmer və Küveytin vəliəhd şahzadəsi Sabah əl-Xalid əl-Sabah telefon danışığı zamanı ötən gecə Küveytin neft təsisatına dron hücumunu müzakirə ediblər.

Starmer bu hücumu qınayıb və ölkəsinin Körfəzdəki müttəfiqlərlə həmrəy olduğunu bəyan edib.

Toğrul Quluzadə Britaniya Küveyt hava hücumundan müdafiə sistemi

Xəbər Lenti